Kredit kartı olanların NƏZƏRİNƏ: Bundan sonra yalnız maaşınızın...

Ölkədə fəaliyyət göstərən banklar kredit kartlarına limit tətbiq edir. Belə ki, artıq vətəndaşlar bu kartlar vasitəsilə bir neçə fərqli bankdan eyni anda aylır əməkhaqqlarının müəyyən misli qədər kredit əldə edə biləcəklər.
Qərarın mahiyyəti nədən ibarətdir? Bunun vətəndaşlar üçün müsbət və mənfi tərəfləri nələr olacaq?
Hüquqşünas, iqtisadçı-ekspert Əkrəm Həsənov Referans-a açıqlamasında bu sualları cavablandırıb.
“Bunun səbəbi bu yaxınlarda Mərkəzi Bankın yeni qaydalar tətbiq etməsidir. Bu qaydalara görə, bir şəxsin bütün əməkdaşlıq etdiyi banklarda olan kredit limiti xalis gəlirinin 5 mislindən çox ola bilməz. Məsələn, şəxs 1000 manat maaş alırsa, onun ümumi kredit məbləği 5000 manat ola bilər. Banklar da sözügedən qaydaya riayət etmək üçün bu qərarı veriblər. Mənfi cəhət odur ki, artıq daha çox kredit istəyən şəxslər bunu əldə edə bilməyəcək çünki Mərkəzi Bank bunda təhlükə görür. Çünki əks halda insanlar daha çox kreditlə yüklənir”.
Hüquqşünas qeyd edib ki, bu qərarın vətəndaşlara da xeyri var. Bəzi vətəndaşlar düşünmədən, düzgün gəlir və xərc hesablaması etmədən bir neçə bankdan kreditlər götürür və nəticədə ödəniş zamanı çətinlik yaşayır.
“Mərkəzi Bankın bu qərarını düzgün hesab edirəm. Ümumiyyətlə, banklar daha çox biznesi kreditləşdirməlidirlər ki, iş yerləri açılsın, maaşlar artsın və s. Banklar özlərinə asan yol tapıblar. Sadəcə vətəndaşlar kreditləşdirirlər, faizləri də yüksək edirlər və sonda da pulu qaytara bilməyəndə vətəndaşın başına oyun açırlar”.
Fidan Vəlisoy