Məşhur bloqqer öz avtomobilində ölü tapıldı - FOTOLAR

Milyonlarla izləyicisi olan sosial media ulduzu Ariela La Lanqosta ABŞ-ın Nyu-York şəhərində şəxsi avtomobilində ölü tapılıb. Polis avqustun 17-də baş verən hadisəni qəsdən adam öldürmə kimi təsvir edir.
Referans bildirir ki, Məşhur amerikalı bloger Ariela La Lanqostanın (əsl adı Ariela Mejia-Polanco) cansız cəsədi Cross County Parkwaydə tapılıb.
İlkin araşdırma 33 yaşlı modelin güllə yaralarından öldüyünü müəyyən edib.
"Onun ölümü təsadüfi deyil" - polisin rəsmi açıqlamasında deyilir.
Ariela La Lanqostanın İnstaqramda 566.000-dən çox izləyicisi var idi və burada o, müntəzəm olaraq moda məzmunu yerləşdirirdi. O, 2023-cü ildə repçi Tekashi 6ix9ine-nin "Wapae" klipində iştirakı ilə məşhurlaşıb.
Musiqiçi sosial şəbəkədə dostunun ölümünə ilk reaksiya verənlərdən olub. “İnstaqram”da bir sıra videolarda ifaçı bloqqeri gözəl qadın və Nyu-York kraliçası adlandırıb. "Sən məni hər şeydə dəstəklədin"deyən Tekashi 6ix9ine öz postuna mərhumun sevimli mahnısını - 2000-ci illərin əvvəllərində gurultulu Aventura "Obsesión" qrupunun hitini əlavə edib.
"Bacım. Nyu York heç vaxt əvvəlki kimi olmayacaq. Mən səni sevirdim" - deyə repçi əlavə edib.
Daha sonra sənətçi ispan dilində "Yo te ame"- "Mən səni sevirəm" və "Can yoldaşım" kimi tərcümə olunan "Mi nogra" yazaraq modellə daha bir neçə video yayımlayıb.
Bloqqerin işlədiyi İnvud rayonundakı “İkon New York” restoranının rəhbərliyi də onun xatirəsini ehtiramla yad edib.
"Bu gün parlayan ulduzumuzu itirdik. Ürəyimiz qırıldı. Sevinciniz, təvazökarlığınız, hər kəsə göstərdiyiniz qayğı sizi həmişə izdihamdan fərqləndirdi"- deyə restoranın nümayəndələri yazıblar.
Restoran həmçinin vəfat edən komanda üzvlərindən birinə hörmət əlaməti olaraq müvəqqəti bağlandığını elan edib.