Paytaxtda mənzili olanların DİQQƏTİNƏ! Yaşadığınız bina yaxın günlərdə SÖKÜLƏ BİLƏR - SƏBƏB

paytaxtda-menzili-olanlarin-diqqetine-yasadiginiz-bina-yaxin-gunlerde-sokule-biler-sebeb-1755697617
|
|

“Adətən, güclü zəlzələnin baş verməsi zamanı yeni tikililərin, “novastroyka”ların buna tam gətirməyəcəyi, yeni tikili binaların keyfiyyətsizliyi ilə bağlı fikirlər var. Lakin yeni tikililər üçün narahat olmağa ehtiyac yoxdur. Riskli kateqoriya istismar müddəti bitmiş köhnə binalardır”.


Bu sözləri əmlak məsələləri üzrə ekspert Elnur Azadov Referans-a açıqlamasında deyib.




“2006-cı ildə ölkədə Fövqəladə Hallar Nazirliyi və onun aidiyyatı qurumu olan Tikintiyə nəzarət Agentliyi yaradılıb. Həmin dövrdən sonra inşa olunan bütün binalar nəzarət altında tikilir. Ölkədə 70-ə yaxın bina var ki, uzunmüddətdir yaşayış var və həmin binalar müxtəlif səbəblərdən istismara qəbuldan keçməyiblər. Həmin binalarda hər hansısa risklər ola bilər amma ümumilikdə, 2006-cı ildən sonra inşa olunmuş binaların hər biri ciddi nəzarət altındadır. Seysmik baxımdan onlar dövlət standartlarına cavab verirlər. Daha riskli kateqoriya isə istismar müddəti bitmiş köhnə binalardır. Bu məsələ daha çox qabardılmalıdır. Yeni tikilən binalardan isə qorxmağa ehtiyac yoxdur”.

 

Ekspert bildirib ki, Bakı şəhəri və Abşeron ərazisində 16 min istismar müddəti bitmiş çoxmənzilli, köhnə bina var.

 

“Onlardan təxminən 1100 binanın istismar müddəti bitib, həmçinin qəzalı və ya qismən qəzalı kateqoriyasındadır. Həmin 1100 binadan 93-ü yaşayış üçün artıq təhlükəli sayılır. Bu ilin mart ayında Baş Nazirin yanında bununla bağlı iclas keçirildi, aidiyyatı dövlət qurumlarına tapşırıqlar verildi, komissiyalar yaradıldı. Həmin 193 binanın qısa müddət ərzində sökülməsi, tikinti şirkətlərinə təklif olunması, bəzi tədbirlər planı ilə bağlı işlər aparılıb. Bir neçə bina hətta artıq sökülüb. Proses isə hazırda davam edir”.

 

Fidan Vəlisoy