Google-dan MÖHTƏŞƏM YENİLİK - İSTƏMƏDİYİNİZ ŞƏKİLLƏRİ...
Google istifadəçilərə onlayn şəkildə arzuolunmaz şəxsi şəkillər üzərində daha çox nəzarət etmək, açıq və ya senzurasız fotoların axtarış nəticələrində asanlıqla görünməməsini təmin etmək üçün yeni məxfilik alətlərini təqdim edir.
Şəxsi açıq-saçıq, etik olmayan şəkillərlə bağlı Google siyasətlərinə edilən yeniləmələr o deməkdir ki, istifadəçilər artıq axtarışlarda görünməsini istəmədikləri bu cür şəkilləri silə bilərlər.
Daha aydın şəkildə desək, kimsə daha öncədən etik olmayan məzmun yaradıb vebsayta yükləsə və onun axtarışda daha tapılmasını istəmədikdə məzmunun Google axtarışından silinməsini tələb edə bilər. Bu məqsədlə edilən müraciətlər üçün istifadə edilən formalar da sadələşdirilib. Lakin yeni siyasət istifadəçilərin hazırda aktiv şəkildə kommersiyalaşdırdığı şəkillərə şamil edilmir. Siyasət şəxsi məlumatları ehtiva edən veb-saytlara da aiddir. Google həmçinin ilkin olaraq yalnız ABŞ-da ingilis dilində mövcud olan və istifadəçilərə əlaqə məlumatlarını göstərən axtarış nəticələri haqqında məlumat verəcək yeni idarəetmə panelini təqdim edəcək.
Bundan sonra istifadəçilər bu nəticələrin Google-dan silinməsini tez bir zamanda tələb edə biləcəklər.
Alət həmçinin istifadəçi məlumatlarını ehtiva edən axtarışda yeni nəticələr görünəndə bildiriş göndərəcək.
SafeSearch-də yeni blurlaşdırma ayarı SafeSearch filtrini aktiv etməyən istifadəçilər üçün Google axtarışında defolt olaraq tətbiq olunacaq.
Google bu qorumanı ilk dəfə fevral ayında elan etdi və bu sistem avqust ayında qlobal miqyasda yayılacaq./trthaber/
Fidan Vəlisoy