Heç qara göz rəngi olan birini görmüsünüz? BU MÜMKÜN DEYİL! - SƏBƏB

İnsan biologiyasına görə qara göz rənginin olması mümkün deyil. Qara zərərli günəş şüalarını və işığı udur. Göz quruluşunun pozulmasına və xərçəngə səbəb ola biləcək ciddi problemlərə səbəb olur.
Dünyada çox sayda göz rəngləri var; qəhvəyi, mavi, yaşıl və s. Yalnız qaradan başqa boz və kəhrəba kimi nadir rəngləri belə görmək mümkündür.
Göz rəngindən məsul olan təxminən 16 fərqli gen var. Bu genlərdən ikisi əsas amillərdir; HERC2 və OCA2 genləri.
Göz rəngi irislərimizdəki melanin miqdarı ilə müəyyən edilir. Melanin hüceyrələri mavi və boz kimi müxtəlif rənglər yarada bilər, lakin mümkün olan ən tünd rəng qara deyil, tünd qəhvəyidir.
Yaxşı, niyə qara gözlər ola bilməz? Qara işığı çox udur və həddindən artıq işıq bədəndə istilik enerjisinə çevrilir. Temperatur artdıqca gözlərdə quruluq yaranır və gözləri qorumaq üçün bədən bir neçə dəfə daha çox gözyaşı çıxarmalıdır. Nəticədə, həddindən artıq göz yaşları da görmə qabiliyyətimizin bulanmasına səbəb ola bilər.
İkinci səbəb günəş işığından gələn ultrabənövşəyi şüalardır. Qara gözlər Günəş şüasını çox udduğu üçün təhlükəli şüalara məruz qalır.
Bu vəziyyət xərçəng və göz sağlamlığının ciddi şəkildə pisləşməsi kimi ciddi risklərə səbəb ola bilər. Ancaq xoşbəxtlikdən, genetik quruluşumuz sayəsində irislərimizə rəng verən melanin bizi ultrabənövşəyi şüalardan qoruyur.
Araşdırmalar göstərir ki, melanin hüceyrələri zərərli ultrabənövşəyi şüaların 99,9 faizini yox edir və gözləri günəşə məruz qalması nəticəsində yaranan zədələrdən qoruya bilir.
Fidan Vəlisoy