Azərbaycanda dəhşətli qəza: Xeyli yaralı var - ADLAR 

azerbaycanda-dehsetli-qeza-xeyli-yarali-var-adlarnbsp-1699546347
|
|

  Ağsu rayonunun Qaraqoyunlu kəndində baş verən ağır qəzada xəsarət alanların kimliyi bəlli olub.

Milli.Az report-a istinadən xəbər verir ki, bunlar Ağsu sakinləri - VAZ-2107-nin sürücüsü, 32 yaşlı Abdıyev Malik Səlim oğlu, hər iki avtomobilin (digər avtomobil "Mercedes"dir - red) sərnişinləri - 33 yaşlı Osmanlı Afaq Nizaməddin qızı, 63 yaşlı Qurbanova Nəzakət Alməmməd qızı, 65 yaşlı Abbasov Kamil Musaxan oğlu, sürücünün 7 yaşlı qızı Abdıyev Səma Malik qızı, 57 yaşlı Abbasova Gülüş Salman qızı və 31 yaşlı Abdıyeva Afət Nizaməddin qızıdır.

Fakt araşdırılır.