Rəisi od püskürdü - Bu cinayətlərə şəriksiniz! 

reisi-od-puskurdu-bu-cinayetlere-seriksiniznbsp-1699549697
|
|

ABŞ hökuməti İsrailin Qəzza zolağında törətdiyi cinayətlərdə şərikdir.

Referans.Az xəbər verir ki, bunu İran prezidenti İbrahim Rəisi İqtisadi Əməkdaşlıq Təşkilatının Daşkənddə keçirilən sammitində deyib.

“İsrail ABŞ və bəzi Avropa ölkələrinin siyasi, maliyyə, hərbi və kəşfiyyat dəstəyi ilə öz hərbi maşınını müdafiəsiz Fələstin xalqına qarşı istifadə edir. İran bunu hərtərəfli dəstək hesab edir. Qərbin, xüsusən də Amerika hökumətinin İsrailin Qəzzayə hücumunu bu cinayətin davam etməsinə səbəb kimi qiymətləndirir. İndi bütün dünyaya ABŞ hökumətinin İsrailin cinayətlərində şərik olduğu aydındır”, - Rəisi bildirib./Teleqraf.com/