Zelenski hər şeyi açıqladı: Rusiyadan ən azı beş dəfə... 

zelenski-her-seyi-aciqladi-rusiyadan-en-azi-bes-defenbsp-1699549795
|
|

Ruslara qarşı genişmiqyaslı müharibə zamanı Ukrayna ordusunun itkiləri onlardan qat-qat azdır.

Referans.Az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski deyib.

“Bəzi xarici liderlərin Rusiya Federasiyasının əhalisinin sayına və buna görə də Ukrayna əsgərlərinə görə Ukraynadan qat-qat üstün olması barədə bəyanatlarına münasibət bildirim. Guya ruslara uzun müddət müqavimət göstərə bilməyəcəkdik. Sizinlə itkilərimizi bölüşə bilmərəm. Amma itkilərimiz Rusiyadan ən azı beş dəfə azdır”, - o deyib./Teleqraf.com/