Ermənistan XİN: Suveren ərazimizdə üçüncü ölkənin nəzarəti yaradıla bilməz 

ermenistan-xin-suveren-erazimizde-ucuncu-olkenin-nezareti-yaradila-bilmeznbsp-1699550251
|
|

Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın bəyanatına münasibət bildirib.


Referans.Az-ın xəbərinə görə, Badalyan bildirib ki, Ermənistan hökuməti bu yaxınlarda “Dünyanın kəsişməsi” layihəsini ictimailəşdirib.


Layihədə göstərilir ki, regional kommunikasiyalar açılacağı təqdirdə Ermənistan Respublikası sərhəd və gömrük nəzarətini Ermənistanın dövlət qurumları həyata keçirməlidir. Bu məqsədlə Ermənistan Respublikasının Milli Təhlükəsizlik Xidmətində xüsusi şöbə yaradılıb.


Ermənistan Respublikası heç vaxt heç bir sənəddə öz suverenliyinə hər hansı məhdudiyyətlə razılaşmayıb və onun suveren ərazisinin heç bir hissəsində üçüncü ölkənin nəzarəti yaradıla bilməz.


Qeyd edək ki, bu gün Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, üçtərəfli razılaşmalara müvafiq olaraq Azərbaycanla Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinə nəzarəti Rusiya Təhlükəsizlik Xidmətinin sərhəd xidməti həyata keçirməlidir./Apa/