Nazir polkovnik-leytenantı yüksək vəzifəyə təyin etdi 

nazir-polkovnik-leytenanti-yuksek-vezifeye-teyin-etdinbsp-1699879666
|
|
Fövqəladə Hallar Nazirliyinin (FHN) Şimal Regional Mərkəzinə yeni rəis müavini təyin edilib.


Bu barədə bir müddət əvvəl fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov müvafiq əmr imzalayıb. Əmrə əsasən, polkovnik-leytenant Xanbabayev Elnur Zabit oğlu FHN-nin Şimal Regional Mərkəzinin rəis müavini təyin olunub.
 


Qeyd edək ki, 19.10.1976-ci ildə anadan olan Elnur Xanbabayev Bakı şəhərindən anadan olub, Bakı Ali Hərbi Dənizçilik məktəbini bitirib. Ailəlidir, 3 övladı var./Qaynarinfo