SON DƏQİQƏ! Azərbaycanda yenidən ZƏLZƏLƏ OLDU - YENİLƏNDİ

13.11.2023
-
19:30
|
|
Noyabrın 13-də saat 19:06-da Türkiyə-İran sərhədində maqnitudası 5 olan zəlzələ qeydə alınıb.
Bu barədə Referans.Az-a Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.
Zəlzələ Naxçıvan Muxtar Respublikasında 3 bala qədər hiss olunub.
******
19:09
Bu gün Naxçıvan Muxtar Respublikasında zəlzələ olub.
Referans.Az xəbər verir ki, saat 18:58-də qeydə alınan zəlzələ daha çox Naxçıvan şəhərində hiss edilib.
Zəlzələ təxminən 5-7 saniyə davam edib.