7,8 bal gücündə ŞİDDƏTLİ zəlzələ baş verdi - Ölənlər və yaralılar var

78-bal-gucunde-siddetli-zelzele-bas-verdi-xeyli-sayda-olen-ve-yaralilar-var-1712118952
|
|

Tayvanın şərq sahillərində baş verən zəlzələ nəticəsində 4 nəfər ölüb, ən azı 97 nəfər yaralanıb.

 

Referans.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi yerli rəsmilərə istinadən məlumat yayıb.

 

Məlumata görə, bir nəfərin Hualien şəhərinin şərq bölgəsində torpaq sürüşməsi nəticəsində öldüyü güman edilir. Zəlzələnin episentri Hualien şəhərindən 25 km cənub-şərqdə, ocağı isə 15,5 km dərinlikdə yerləşib.

 

Qeyd edək ki, aprelin 3-də səhər Tayvanın şərq sahillərində bir neçə zəlzələ baş verib  Tayvan Meteorologiya İdarəsinin məlumatına görə, ən güclü təkanın maqnitudası 7,2 olub. Yaponiya Meteorologiya Agentliyi zəlzələnin 7,7 bal gücündə olduğunu bildirib. Zəlzələdən sonra maqnitudası 6,5-ə çatan 40-dan çox afterşok qeydə alınıb.

 

Yerli mətbuat yazır ki, bu, son 25 ilin ən güclü zəlzələsi olub. 1999-cu ilin sentyabrında Tayvanda maqnitudası 7,6-ya çatan təkanlar nəticəsində 2,4 min insan ölüb.