Hava ilə bağlı xəbərdarlıq 

hava-ile-bagli-xeberdarliqnbsp-1715784855
|
|

Bakıda və Abşeron yarımadasında mayın 16-sı və 17-si günün birinci yarısında arabir yağış yağacağı gözlənilir.


Milli Hidrometeorologiya Xidmətindən Referans.az-a verilən məlumata görə, səhər saatlarında yarımadanın bəzi yerlərində qısamüddətli intensivləşəcəyi ehtimalı var.


Mayın 17-si günün birinci yarısında şimal-qərb küləyinin 15-18 m/s, arabir 20-23 m/s-dək güclənəcəyi gözlənilir.