Azərbaycanda DOLLARLA bağlı VACİB XƏBƏR var - bu ayın 21-22-də...

azerbaycanda-dollarla-bagli-vacib-xeber-var
|
|

 

 

FED-in qərarları manatın məzənnəsinə necə təsir göstərəcək?

 

Referans.az-ın məlumatına görə, bununla bağlı fikirlərini bölüşən iqtisadçı-deputat Vüqar Bayramov deyib ki, dolların qlobal bazarlarda möhkəmlənməsi regional valyutalara psixoloji təsirsiz ötüşmür:

 

“Azərbaycan Mərkəzi Bankının ilin əvvəlində təşkil etdiyi hərraclarda dollara tələb aşağı idisə, artıq xarici valyuta alıcılarının sayı artmaqdadır. Mərkəzi Bank martın 7-də 44.8 milyon, martın 2-də 51.7 milyon, fevralın 28-də 42.7 milyon dolları hərraclarda satıb. Bütövlükdə, fevral ayında dollara tələbin yenidən yaranması müşahidə olunub. Aydındır ki, manatın məzənnəsinə təsir göstərən əsas iqtisadi faktorlar ölkəyə daxil olan valyutanın həcmi, eyni zamanda dövlət Neft Fondu tərəfindən hərraca çıxarılan valyutanın məbləğidir. 

 

Valyutaya olan tələbin əhəmiyyətli hissəsi Dövlət Neft Fondu tərəfindən ödənilir. Bu baxımdan Neft Fondunun hərraca çıxartdığı vəsaitlərin həcmi dollara olan tələbin ödənilməsində çox önəmlidir. Bu da təbii ki, manatın məzənnəsi baxımından vacib hesab olunur. Nəzərə alsaq ki, xarici ölkələrdəki tərəfdaşlarımızda milli valyutaların məzənnələri də əslində iqtisadi faktorlardan biridir”.


Deputat xatırladıb ki,  Azərbaycanda hələ üzən məzənnə rejiminə keçilməyib:


 “Mərkəzi Bank prosesə birbaşa intervensiya etmək imkanlarını qoruyub saxlayır. Ona görə də növbəti aylarda da manatın məzənnəsinin necə dəyişməsi birbaşa Azərbaycan Mərkəzi Bankının mövqeyindən asılı olacaq”.

 

Qeyd edək ki, bu ayın 21-22-də FED yenidən bir araya gələcək.