Külli miqdarda narkotiklə saxlanıldı 

kulli-miqdarda-narkotikle-saxlanildinbsp-1717825044
|
|
Beyləqanda saxlanılan şəxsdən 9 kiloqrama yaxın heroin və marixuana aşkarlanıb.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Referans.az-a verilən məlumata görə, Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşlarının narkotiklərin qanunsuz dövriyyəsinə qarşı həyata keçirdikləri tədbirlərlə əvvəllər məhkum olunmuş Vüsal Əzimov saxlanılıb. Onun əlində olan bağlamadan 9 kiloqrama yaxın heroin və marixuana aşkarlanıb.


Faktla bağlı cinayət işi başlanılıb, adıçəkilən şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Araşdırmalar davam etdirilir.