Millimiz Albaniyadan “2” alıb 

millimiz-albaniyadan-2-alibnbsp-1717829122
|
|

Milli komandaların canlı FİFA reytinqində yerdəyişmələr olub.

Referans.az xəbər verir ki, Azərbaycan yığmasının da mövqeyi dəyişib.

Buna Albaniya ilə Macarıstanda keçirilən yoldaşlıq oyunu səbəb olub. Arif Əsədovun başçılıq etdiyi milli 1:3 hesabı ilə uduzub.

İki top fərqi ilə uduzan komanda 2 pillə də geriləyib. Millimiz onlayn sıralamada 1174,65 xalla dünyanın 114-cüsüdür.

Yığmamız Albaniya ilə görüşdə 3,18 xal itirib. Nəticədə Vyetnam və KXDR millimizi keçib.

Qeyd edək ki, komandamız növbəti matçını iyunun 11-də Qazaxıstana qarşı keçirəcək./İdman.biz