Basketbol millimiz Ermənistanı böyük hesabla məğlub etdi 

basketbol-millimiz-ermenistani-boyuk-hesabla-meglub-etdinbsp-1717838921
|
|

Kişilərdən ibarət 3X3 basketbol üzrə Azərbaycan millisi Kosovonun paytaxtı Priştinada keçiriləcək Avropa Kubokunun təsnifat mərhələsinə qələbə ilə start verib.

Referans.az xəbər verir ki, yığma ilk matçında Ermənistan seçməsi ilə üz-üzə gəlib.

Komandamız rəqibini 21:9 hesabı ilə üstələyib.

Azərbaycan millisi bu gün Kosovo və Kiprlə də üz-üzə gələcək. Qadınlardan ibarət yığma isə Malta və Lüksemburqu sınağa çəkəcək./Yenisabah.az