Rusiya təyyarəsi qəzaya uğradı - Ekipaj üzvləri öldü

11.06.2024
-
09:34
|
|
Rusiya Aerokosmik Qüvvələrinə məxsus “Su-34” təyyarəsi Şimali Osetiya dağlarında planlı təlim uçuşu zamanı qəzaya uğrayıb.
Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, təyyarə boş əraziyə düşüb və ekipaj üzvləri həlak olub. Qəzanın ilkin səbəbi kimi texniki nasazlıq göstərilir./
“Report”