Gəncədə gənc oğlan xalası qızını ərindən boşatdırdı, lüt fotolarını... – Şok təfərrüat 

gencede-genc-oglan-xalasi-qizini-erinden-bosatdirdi-lut-fotolarini-sok-teferruatnbsp-1718103293
|
|

 Gəncə şəhərində 1988-ci il təvəllüdlü Ədil xalası qızı Şəfanı (adlar şərti verilib – red.) lüt şəkilləri ilə şantaj edib.

Ədil istifadəsində olan “Samsung” markalı mobil telefonun “Whatsapp” mobil tətbiqi vasitəsi ilə xalası qızı Şəfanın çoxsaylı təkid və şantajlarına görə göndərdiyi yarıçılpaq vəziyyətdə fotoşəkilini özünə məxsus mobil telefonunun yaddaşına köçürüb.

3 noyabr 2022-ci ildə Şəfanın yaşadığı evdə telefonun yaddaşında saxladığı fotoşəkili ona göstərib. Bu barədə yaxın qohumlarına və qəsəbə sakinlərinə xəbər verəcəyini bildirib, yarıçılpaq fotoşəkili nümayiş etdirərək barəsində rüsvayedici məlumatlar yayacağı ilə onu hədələyib.

Bu şantajla Şəfadan 4000 manat və qızıl-zinət əşyası tələb edib.

Bundan başqa, Ədil Şəfanın onunla yaxın münasibət qurmaq təklifindən imtina etməsindən hiddətlənib. Həmin ilin noyabrın 26-da saat 22 radələrində o, xalası Südabənin yaşadığı evə hasardan aşmaqla daxil olub. Üzərində gəzdirdiyi kustar üsulla hazırlanmış soyuq silah hesab edilməyən çapacağın küt hissəsi ilə xalasına bədən xəsarətləri yetirib. Həmçinin Südabənin əri Tahirə də yügül xəsarətlər yetirib.

İstintaq orqanı tərəfindən Ədilin barəsində Cinayət Məcəlləsinin 157.2 (mənzil toxunulmazlığını pozma - eyni əməllər zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə törədildikdə), 182.1 (hədə-qorxu ilə tələb etmə, yəni zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə, onların haqqında rüsvayedici məlumatlar yayma və ya onların əmlakını tələf etmə hədəsi ilə özgənin əmlakını və ya əmlaka olan hüququnu və ya əmlak xarakteri daşıyan digər hərəkətlər etməsini tələb etmə) və 221.3-cü (silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunan xuliqanlıq törətmək) maddələri ilə ittiham elan edilib.

“Xalam qızını şantaj etməmişəm”

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Ədil ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O bildirib ki, zərərçəkmiş şəxslər – Südabə xalası, Tahir xalasının əri, Şəfa isə xalası qızıdır. Onun ifadəsinə görə, həmin zərərçəkmiş şəxslər ondan 2022-ci ilin martında şikayət ediblər:

“Mənim Tahiri öldürmək fikrim olmayıb. Belə bir niyyətim olsaydı, bu hərəkəti mal bazarında edərdim. Həmçinin xalam qızı Şəfanı şantaj etməmişəm. Onunla aramızda olan yazışma və fotoşəkilləri məcburən ortaya çıxarmışam. Bunu mənə xalamın əri Tahir məcbur edib. Hadisə ilə əlaqədarbildirirəm ki, bir neçə il əvvəl xalam qızı Şəfa məni istəməsi ilə bağlı qısa video göndərdi.

Lakin mən Şəfanı sevmədim. Mən Aydan adlı qızı sevmişəm. O ərəfədə Aydangilə xalam Südabə ilə anam elçi gedib”.

“Şəklimi ərimə niyə göndərmisən?..”

Təqsirləndirilən şəxs qeyd edib ki, bununla belə o, xalası qızı Şəfa ilə mütəmadi olaraq telefonda danışıb, açıq söhbətlər edib və Şəfaya qarşı onda sevgi yaranıb: “Bundan sonra biz telefonda yazışmışıq və bir-birimizə şəkillər göndərmişik. Xalamgilə gedəndə Şəfa da əri evindən mənimlə görüşmək üçün oraya gəldi.

Bir dəfə Şəfaya zəng vuraraq məndən ayrılmaq istəyib-istəmədiyini soruşdum. O mənə 2 noyabr 2021-ci ildə anası Südabənin evinə gəlməyimi, orada mənimlə görüşərək ayrılacağını söylədi. Şəfaya bağlandığım üçün mən də xalamın evinə getdim. Onların evində olarkən Şəfa qabaqcadan mənə yaxınlaşa bilməyəcəyini söylədiyi üçün kənarda dayandım.

Orada Şəfa məndən nə üçün əri Yavərə onun şəkilini göndərdiyimi soruşdu. Mən də cavabda dedim ki, Yavər səninlə aramızda olan münasibətə sübut istədiyi üçün şəkli ona göndərmişəm”.

“Dəhrə ilə başımdan vurdu”

Ədilin sözlərinə görə, 2022-ci ilin fevralından başlayaraq xalası qızı Şəfa ilə arasında mübahisələr yaranıb və Şəfagil ondan şikayətlər etməyə başlayıblar:

“Nəhayət, 2022-ci ilin noyabrında Şəfagil dedilər ki, gəl danışıb razılaşaq. Saat 22 radələrində Tahirgilin evinə getdim. Getməmişdən öncə Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng etdim və Tahirin məni evlərinə çağırdığını, onlara gedəcəyimi dedim. Oradan mənə xalam evinə tək getməməyi məsləhət gördülər. Sonra isə “get, orada post-patrul var” dedlər. Mən də xalam Südabəgilin evinə yollandım.

Əvvəlcə evin qapısının zəngini basdım, sonra çağıra-çağıra evin həyətinə girmək üçün qəssabxanadan keçərək xalamgilin qarajına daxil oldum. Orada Tahirin əlində dəmir, xalam Südabənin isə əlində kəndir dayandıqlarını gördüm. Onlara gücüm çatmayacağını fikirləşdim və qaçmaq istədim. Tahir iki dəfə dəhrə ilə başımdan vurdu, halım dəyişdi.

Tahir vuranda oğlu Vüsal məni yerə yıxdı. Südabə isə yerdə əlindəki dəmirlə qoluma vurdu. Sonra oraya polislər gəldi və məni sürüyüb polis maşınına mindirdilər. Əvvəlcə məni polis şöbəsinə, oradan da xəstəxanaya apardılar”.

“Mənə pul təklif etdi”

Ədil deyib ki, hadisə zamanı Tahirgil onu döyüb, ölümcül vəziyyətə saldıqdan sonra ayağını iplə bağlayıblar, əlinə çapacağı qoyub, özlərinə xəsərət yetiriblər:

“Xalam qızı Şəfa ərdə olmasına baxmayaraq məndən əl çəkmirdi. Məndən gəlib onu aparmağımı istəyirdi. Məni çox şeylərə məcbur eləyirdi. Bundan xalam Südabənin də məlumatı vardı. Sonuncu dəfə Bakı şəhərində olan zaman Şəfa yenə mənə zəng etdi, onu aparmağımı tələb etdi, əks halda adımı yazaraq cibinə qoyub özünü öldürəcəyini söylədi. Bu barədə xalam Südabəyə də məlumat verdim.

Bundan başqa, xalamın əri Tahir qızı Şəfanın məndə olan şəkilini telefondan silmək üçün pul təklif etdi. Lakin mən razılaşmadım”.

“Sevgili gözü ilə baxmamışam”

İş üzrə zərərçəkmiş Şəfanın sözlərinə görə, ailəsi ilə birlikdə yaşayır, təqsirləndirilən Ədil onun xalası oğludur:

“2019-cu ildə əmim oğlu Yavərlə rəsmən ailə həyatı qurdum. Həmin nikahdan bir qızımız oldu, xəstəliyi səbəbilə evdə ona baxırdım. Bir müddət sonra ərimlə aramızda soyuqluq yarandı. O ərəfədə xalam oğlu Ədil bacısından mobil telefon nömrəmi aldı və mənə yazmağa başladı.

İlk vaxtlar Ədil mənə xalaoğlu kimi yazsa da, sonradan mesajda “ərindən boşan, səni alım, mən səni istəyirəm” deyə qeyd etdi. Mən özüm Ədilə sevgili gözü ilə baxmamışam, qardaş kimi münasibət bəsləmişəm.

Bir dəfə mərhum xalamın il mərasimi zamanı qohum kimi hamımız bir yerə yığışdıq. Yas yerində Ədil məni otaqlardan birinə çəkdi və dedi ki, mənə 4000 manat pul lazımdır. Ondan bu qədər pula nə edəcəyini soruşdum. “Kişiliyimdə problem var, onu müalicə etdirmək istəyirəm, xəstəxana ilə danışmışam” dedi. Mən pulum olmadığını söylədim”.

“Cinsi əlaqədə olmağı təklif etməyə başladı”

Şəfa qeyd edib ki, bir dəfə qayınanasıgillə birlikdə Ədilgilin evinə gedib: “Ədil orada mənə pis niyyətlə yaxınlaşmaq istədi. Mən onu itələdim və söyüb yaxına buraxmadım. Ədil hər dəfə görəndə məndən xoşu gəldiyini, mənimlə evlənmək istədiyini deməyə başladı. Mən ona evli olduğumu söylədim, məni narahat etməməsini xahiş elədim. Lakin Ədil məndən əl çəkmədi.

O məndən lüt foto şəkillər çəkərək göndərməyimi, əks təqdirdə mənimlə intim münasibətdə olması barədə məlumatlar yayacağını söylədi. Əvvəl bundan imtina etdim. Sonradan qorxaraq bir neçə foto, o cümlədən sinədən yuxarı şəkilimi çəkərək ona gördərdim.

Ədil mənimlə cinsi əlaqədə olmağı təklif etməyə başladı. Mən də bu barədə Ədilin bacısına və atam Tahirə dedim. Ədil mənim fotoşəkillərini ərim Yavərə göndərdi. Bu cür hərəkətlərlə ailəmin dağıtdı, məni ərimdən boşatdırdı”.

“Pul istədi, vermədim, o da...”

Zərərçəkmiş qeyd edib ki, öz şəkillərini Ədilə göndərməkdə məqsədi xalası oğlunun ondan əl çəkməsinə nail olmaqmış: “Fotoşəkillərimi əldə etdikdən sonra Ədil daha da irəli gedərək, məndən qızıl və yaxud 4000 manat tələb etdi. Verməyəcəyim təqdirdə açıq-saçıq şəkilimi yayaraq məni el içində rüsvay edəcəyi ilə şantaj elədi.

3 noyabr 2022-ci ildə yaşadığımız evdə olan zaman mobil telefonun yaddaşındakı yarıçılpaq fotoşəkilimi mənə göstərdi. Bunu yaxın qohumlarım və qəsəbə sakinləri arasında yaymamağı müqabilində məndən qızıl, yaxud 4000 manat pul tələb etdi. Ona özümün maddi imkanım olmadığını, qızıllarımın isə qayınanamgildə olduğunu dedim. Onu fikrindən daşındırmağa çalışdım.

Lakin Ədil fikrindən dönmədi, tələb etdiklərini verməyəcəyim təqdirdə şəkillərimi yayacağını bildirdi. Tələbini yerinə yetirmədiyim üçün fotoşəkillərimi ərimə və yaxın qohum-əqrəbama göndərdi. Guya mənimlə cinsi əlaqədə olduğunu olduğunu söylədi. Bu söhbətdən sonra ərim məni boşadı”.

“Anama xəsarət yetirdi”

Şəfanın sözlərinə görə, axırıncı dəfə saat təxminən 22:30-da atası müharibədə yaralanan və Bakıdakı hərbi qospitaldan gələn qardaşını qarşılamaq üçün Gəncə şəhərinə getməli olub:

“Evdə mən, anam, xəstə övladım, yaşlı nənəm qalmışdı. Bu zaman xalam Elmira zəng edərək anama oğlu Ədilin bizi öldürmək, evimizi yandırmaq məqsədilə gələcəyini söylədi, buna görə atamın ehtiyatlı olmasını tapşırdı. Bir qədər sonra həyətdə səs eşitdim. Pərdəni aralayıb baxanda Ədiln həyətimizdə gördüm. Tez anama xəbər verdim və zəng vuraraq atamı çağırmasını istədim.

Amma atama özüm zəng vurub gördüklərimi ona dedim. Atam dərhal geri qayıtdı. O qayıdana qədər Daxili İşlər Nazirliyinin 102 xidmətinə müraciət etdim. Anamla özümüzü müdafiə etmək üçün evdən dəmir maşa götürdük.

Həyətə çıxanda Ədili həyətdə tikilmiş, qapıları açıq vəziyyətdə olan əl damında gördük. Biz əl damına girəndə Ədil əlindəki dəhrənin arxası ilə anamın baş nahiyəsindən vurdu. Mən isə əl damının qapısını çəkdim, Ədil qapı ilə çərçivənin arasında qaldı. Onu elə orada sıxıb saxlamağa çalışdım. Daha sonra əlindəki dəhrəni yerə salmaq üçün maşa ilə qolundan vurdum.

Ədil yerə yıxıldı, atam Tahir də bu zaman ora gəldi. Mən və anam tez Ədilin əlindəki dəhrəni alaraq kənara atdıq. Qaçmasın deyə əl damındakı ipi götürərək onun ayaqlarına doladıq.

Bizim Ədilin ayağını iplə doladığımızı görən atam dərhal onun qollarından tutdu ki, polis gələnə kimi ayağını açıb qaça bilməsin. Ədil atamın barmağını dişlədi, əlini ataraq dəhrəni yerdən götürüb atamın barmağına vurdu, ona xəsarət yetirdi. Həmin vaxt polis əməkdaşları həyətimizə gəldi, Ədili polis şöbəsinə apardılar”.

Şəfa qeyd edib ki, anasının baş nahiyəsindən qan gəldiyini görən Tahir avtomobili ilə onu Gəncədəki 3 saylı xəstəxanasına aparıb.

“Şər atıb”

Zərərçəkmiş əlavə edib ki, Ədilin şər-böhtan atması birinci dəfə deyil: “O, bacısının da kənddə guya bir neçə nəfərlə cinsi əlaqədə olması barədə şər-böhtan yaymışdı. Onun öz ailəsində şəxsi münasibətlər zəminində problemləri vardı. Ədil anama və qardaşıma da xəsarətlər yetirmişdi. Qardaşıma zəng edərək bu işdə ölüm olacağını bildirmişdi.

Əvvəllər mənmlə və digər ailə üzvlərimlə telefon danışıqları zamanı onunla ailə qurmayacağım təqdirdə bizi öldürəcəyi ilə hədələmişdi.

Sonuncu hadisədən təxminən bir-iki saat əvvəl Ədil anasına zəng vuraraq bildirib ki, gedirəm Şəfagilin ailəsində hər kəsi öldürməyə, sonra Şəfanı da özümlə aparacam. Ədilin anası da buna görə anama zəng vurub bizi xəbərdar eləmişdi”.

Bu cinayət işinə Gəncə Şəhər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Ədil 4 il azadlıqdan məhrum edilib./Teleqraf.com