Türkiyənin Milli Müdafiə Nazirliyi Azərbaycan xalqını təbrik edib 

turkiyenin-milli-mudafie-nazirliyi-azerbaycan-xalqini-tebrik-edibnbsp-1718468337
|
|

Türkiyənin Milli Müdafiə Nazirliyi Milli Qurtuluş Günü münasibətilə Azərbaycan xalqını təbrik edib.

Referans.az Trend-ə istinadən xəbər verir ki, nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifəsində Türkiyə və Azərbaycan Bayraqları fonunda yerləşdirilmiş təbrik mesajında aşağıdakı sözlər önə çıxarılıb: "Biz birlikdəyik...Bizim sözümüz birdir...Bizim gücümüz birdir".

Təbrik mətnində qeyd edilib: "Dost və qardaş Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik edirik. Azərbaycan xalqını ürəkdən salamlayırıq. "Bir millət, iki dövlət" kəlamının işığında qardaşlarımızı gələcəkdə də həm kədərdə, həm də sevincdə dəstəkləyəcəyik".