Təzə Pir məscidində bayram namazı qılındı - FOTO
![teze-pir-mescidinde-bayram-namazi-qilindi-fotonbsp-1718517439](https://referans.az/storage/news/2024/06/16/1212089_13_1_1718517325-full.jpg)
Bakıda Təzə Pir məscidində Qurban bayramı münasibətilə bayram namazı qılınıb.
Referans.az Trend-ə istinadən xəbər verir ki, Azərbaycanda Qurban bayramı iyunun 16-ı və 17-i qeyd olunur.
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurasının Qurban bayramı ilə bağlı fətvasında bildirilib ki, AMEA Şamaxı Astrofizika Rəsədxanasının 2024-cü il hesablamalarına əsasən, Azərbaycan üfüqündə Hilalın görünməsinə uyğun olaraq builki Qurbаn bаyrаmı Zilhiccə ayının 10-na - Miladi təqvimlə 16 iyun tarixinə təsadüf edir.
Nazirlər Kabinetinin "2024-ci il üçün Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında" 9 dekabr 2023-cü il tarixli qərarına əsasən, bu il iyunun 16, 17-si Qurban bayramı günləri müəyyən edilib.
Şəriətə uyğun olaraq Qurban kəsimi həmin tarixdən başlayaraq 3 gün davam edə bilər.