İldırım çobanı və 50 qoyunu öldürdü

ildirim-cobani-ve-50-qoyunu-oldurdu-1718819723
|
|
Dağıstanda çoban və 50-dən çox qoyun ildırım vurması nəticəsində ölüb.

Referans.az xəbər verir  ki,Respublika Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, hadisə Noqay rayonunun Şumli-Olik kəndinin kənarında baş verib.

 "Noqay bölgəsində çoban və onun 50-dən çox qoyun sürüsü ildırım vurması nəticəsində ölüb", - Dağıstan Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Qayana Qariyeva RİA Novosti-yə bildirib.

 Məlum olub ki, ildırım çaxma anında çoban telefonla danışırmış.

Onun 5 uşaq atası olduğu bildirilir.