Ermənistanda partlayış: yaralı var 

ermenistanda-partlayis-yarali-varnbsp-1719140765
|
|

Bu gün, iyunun 23-də Kotayk rayonunun Ağveran qəsəbəsindəki "Ararat Resort" otel kompleksinin keçid məntəqəsində partlayış baş verib.

Referans.az musavat.com-a istinadən bildirir ki, səbəbi açıqlanmayan hadisə saat 07:30 radələrində baş verib.

Partlayış nəticəsində bir nəfər İrəvandakı Milli Yanıqlar və Dermatologiya Mərkəzinə yerləşdirilib.

Hadisə yerinə Çarentsavan Yanğından Mühafizə Hissəsinin 1 nəfər döyüş heyəti gəlib.

Partlayış nəticəsində şüşələr qırılıb. Məlumata görə, xəstəxanaya yerləşdirilən şəxs otel kompleksində çalışan təhlükəsizlik xidməti işçisidir.