"Harri Potter"lə bağlı bu şəkil 2 milyon dollara satıldı - FOTO 

harri-potterle-bagli-bu-sekil-2-milyon-dollara-satildi-fotonbsp-1719661092
|
|

"Harri Potter və fəlsəfə daşı" kitabının ilk nəşri üçün çəkilmiş orijinal akvarel illüstrasiya 1,9 milyon dollara satılıb.

Referans.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə "Sotheby`s" hərrac evindən açıqlama verilib.

Açıqlamada qeyd edilib ki, bu, "Harri Potter" franşizasının indiyə qədər hərracda satılan ən bahalı əşyası olub.

Hərrac evindən, həmçinin, bildirilib ki, onlar rəsmin 400-600 min dollara satılacağını gözləyirmişlər.