Tərtərdə DƏHŞƏT - gənc qız...
![terterde-dehset-genc-qiz-1719724514](https://referans.az/storage/news/2024/06/30/5_1719724503-full.jpg)
30.06.2024
-
09:19
|
|
Tərtər rayonunda ağır xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Referans.az report.az-a istinadən xəbər verir ki, avtomobil hərəkətdə olarkən idarəetməni itirərək beton maneəyə çırpılıb.
Hadisə zamanı avtomobildə olan sərnişin, 1996-cı il təvəllüdlü Məmmədli Aygül Nadir qızı xəsarət alıb.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə əvvəlcə rayon mərkəzi xəstəxanasına, daha sonra isə o Bakıda yerləşən xəstəxanaların birinə gətirilib.
Müayinə zamanı ona açıq kəllə-beyin travması və baş-beyinin əziyi diaqnozları qoyulub.
Faktla bağlı araşdırma aparılır.