"28 May" stansiyası önündə təmir nə zaman bitəcək? 

28-may-stansiyasi-onunde-temir-ne-zaman-biteceknbsp-1719724580
|
|

 Metronun "28 May" stansiyasının qarşısındakı Cəfər Cabbarlı meydanında yenidənqurma işlərinə başlanılıb.

Referans.az xəbər verir ki, bu barədə oxu.az-a Bakı Şəhər İcra Hakimiyyətindən (BŞİH) məlumat verilib.

Bildirilib ki, bu gündən əraziyə texnikalar cəlb olunub:

"Bu həftədən sözügedən ərazi hasara alınıb. İşlərin oktyabr ayının sonuna kimi yekunlaşacağı planlaşdırılır".