Türkiyədə mağazada PARTLAYIŞ - 4 ÖLÜ, 20 YARALI / FOTO 

turkiyede-magazada-partlayis-4-olu-20-yarali-fotonbsp-1719755085
|
|

Türkiyədə un məmulatları mağazasında güclü partlayış baş verib.


Referans.az NTV-yə istinadən xəbər verir ki, İzmir şəhərinin Torbalı rayonunda qeydə alınan hadisə zamanı 4 nəfər ölüb.
20 nəfər müxtəlif dərəcələri bədən xəsarətləri alıb.


Partlayış baş verən əraziyə çox sayda təcili yardım cəlb edilib.
Yaralılar dərhal yaxınlıqdakı xəstəxanalara yerləşdiriliblər. 20 yaralıdan 10-nun vəziyyəti ağırdır.
Hadisənin qaz sızması səbəbindən olduğu ehtimal edilir.