Tanınmış xanım təlimçi qəzaya düşdü - VİDEO
30.06.2024
-
18:42
|
|
Tanınmış təlimçi Arzu Kürsüm Babazadə qəzaya düşüb.
Referans.az xəbər verir ki, bu barədə o, Oxu.Az-a bildirib.
O qeyd edib ki, avtomobilinin qəza işıqlarını yandırıb yolun kənarında saxladığı halda arxadan gələn "Jiquli" markalı avtomobil onun avtomobilinə çırpılıb.
Avtotəlimçi Oxu.Az-a bildirib ki, hadisə Bakı-Sumqayıt yolunun Ceyranbatan su anbarını keçən hissəsində baş verib.
O qeyd edib ki, hadisə nəticəsində xəsarət alan olmasa da, avtomobilə ciddi ziyan dəyib.
Videonu təqdim edirik: