Axşam saatlarında Gəncədən PİS XƏBƏR GƏLDİ: avtomobil 2 yeniyetməni vurub

axsam-saatlarinda-genceden-pis-xeber-geldi-avtomobil-2-yeniyetmeni-vurub-1719765909
|
|

Gəncə şəhərində 2 nəfərin ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Referans.az report-a istinadən xəbər verir ki, hadisə Cavadxan qəsəbəsində qeydə alınıb.

Avtomobil 2011-ci il təvəllüdlü Ə.Məmmədlini və daha bir yeniyetməni (ad və soyadı dəqiqləşdirilir-red) vurub.

Yaralılar xəstəxanaya çatdırılıb. Onların vəziyyəti ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.