Zirə qəsəbəsində FACİƏ: 55 yaşlı kişi ocaqda yanaraq öldü

bakida-kisi-ocaga-yixildi-yanaraq-oldunbsp-1720094795
|
|

 Bakıda faciəli hadisə baş verib.

Referans.az Lent.az-a istinadən xəbər verir ki, hadisə bir neçə gün əvvəl paytaxtın Zirə qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakini, 1969-cu il təvəllüdlü Əkbər Kənan oğlu Əliyev yaşadığı evin həyətində məişət tullantılarını yandırarkən ehtiyatsızlıqdan ocağa yıxılıb.

Nəticədə xəstəxanaya yerləşdirilən Ə.Əliyev orada ölüb.

Faktla bağlı araşdırma aparılır.