3 ailənin yaşadığı ev yanaraq külə döndü - yaralananlar var - FOTO 

3-ailenin-yasadigi-ev-yanaraq-kule-dondu-yaralananlar-var-fotonbsp-1720337896
|
|

İsmayıllıda 3 ailənin yaşadığı 5 otaqlı mənzil yanaraq külə dönüb.

Referans.az report-a istinadən xəbər verir ki, hadisə Qalınçaq kəndində Bayramov Bəhmən Rəcəb oğluna məxsus 5 otaqlı fərdi yaşayış evində qeydə alınıb.

Yanğın zamanı ev sahibi, 1959-cu il təvəllüdlü Bayramov Bəhmən Rəcəb oğlu və 1969-cu il təvəllüdlü Bayramova Nəzakət Yaqub qızı zəhərlənmə diaqnozu ilə İsmayıllı rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Bundan başqa, yanğın nəticəsində xırdabuynuzlu ev heyvanları və toyuq-cücə tələf olub.

Hadisə yerinə FHN-nin İsmayıllı rayon Dövlət Yanğından Mühafizə Hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub.

Hazırda hadisənin hansı səbəbdən baş verməsi araşdırılır.