Azərbaycan səfiri Səudiyyənin XİN başçısının müavini ilə ikitərəfli münasibətləri müzakirə edib 

azerbaycan-sefiri-seudiyyenin-xin-bascisinin-muavini-ile-ikiterefli-munasibetleri-muzakire-edibnbsp-1720372885
|
|

Azərbaycanın Səudiyyə Ərəbistanındakı səfiri Şahin Abdullayev krallığın xarici işlər nazirinin müavini Əbdülkərim Əl-Xurayci ilə iki ölkə arasında ikitərəfli münasibətləri müzakirə edib.

Referans.az report-a istinadən xəbər verir ki, bu barədə Yaxın Şərq ölkəsinin xarici siyasət idarəsi məlumat yayıb.

“Xarici işlər nazirinin müavini, mühəndis Vəlid bin Əbdülkərim Əl-Xurayci bu gün nazirliyin Ər-Riyaddakı ofisində Azərbaycan Respublikasının Krallıqdakı səfiri Şahin Abdullayevi qəbul edib”, – məlumatda diqqətə çatdırılıb.

Bildirilib ki, görüşdə “iki ölkə arasında ikitərəfli münasibətlər və onların bütün sahələrdə möhkəmləndirilməsi və inkişaf etdirilməsi yolları müzakirə olunub, habelə qarşılıqlı maraq doğuran mövzulara toxunulub”.