Xalq artisti ilə bağlı ÜZÜCÜ XƏBƏR 

xalq-artisti-ile-bagli-uzucu-xebernbsp-1720425264
|
|

Xalq artisti Rasim Balayevin səhhətində problemlər yaranıb.

Referans.az bildirir ki, aktyor Qaynarinfo-ya açıqlamasında əməliyyat olunduğunu bildirib:

"Belimdə uzun illərdir problemlər var idi. Ya əməliyyat olunmalı idim, ya da müalicə. Həkimlər fizoterapiya müalicə kursu təyin etdilər. Baxdılar ki, nəticə vermir. İllərdir əziyyət çəkirdim, axırda dedim ki, əməliyyat edin, canım qurtarsın".

Aktyor hazırda evdə olduğunu vurğulayıb:

"Müalicə yazıblar, görək necə olacaq".