Xəstəxanada iynə vurdular, şoka düşüb öldü 

xestexanada-iyne-vurdular-soka-dusub-oldunbsp-1720505634
|
|

  Hacıqabul sakini inyeksiyadan şoka düşərək dünyasını dəyişib.

Referans.az APA-ya istinadən xəbər verir ki, Hacıqabul sakini, 1969-cu il təvəllüdlü Rəhimova İlhamə Seyran qızına Hacıqabul rayon xəstəxanasında antibiotik inyeksiya edilib.

Nəticədə pasiyent anaflaktik şoka düşərək ölüb. Meyit müayinə olunmaq üçün Şirvan morquna yerləşdirilib.

 
Faktla bağlı araşdırma aparılır.