Fazil Mustafa vitse-spiker olacaq? - Özü AÇIQLADI

fazil-mustafa-vitse-spiker-olacaq-ozu-aciqladi-1720541145
|
|

  Xəbər verdiyimiz kimi, Azərbaycan Milli Məclisinin sədrinin müavini Adil Əliyev Prezident İlham Əliyevin müvafiq sərəncamı iləSuraxanı Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. Bu da artıq növbəti parlament seçkisindən sonra Milli Məclisdəki dəyişikliklərdən xəbər verir. Daha bir ilginc məlumat isə, Fazil Mustafanın Milli Məclisdə sədr müavini vəzifəsini tutacağıı ilə bağlıdır..

Mövzu ilə bağlı Redaktor.az-a danışan Fazil Mustafa bildirdi ki, hazırda bütün diqqəti seçkilərdə qalib gəlmək yönündədir:

"Bu anda bizim bütün diqqətimiz seçki prosesinə yönəlib. Birinci seçkiləri qazanmaq lazımdır. Ona görə də bütün resurslarımızı buna səfərbər etmişik və bizim hansısa bir vəzifə iddiamız yoxdur. Bizim xalqa fayda verə biləcəyimiz hər bir yer bizim üçün dəyərlidir."

F. Mustafanın sözlərinə görə, onun əsas hədəfi maarifçilik işini aparmaqdır.

"Hədəfimiz Azərbaycan xalqına maariflənməsi istiqamətində cəhalətə, xurafata qarşı mübarizədir. Bizə bu vəzifə verilib ki, xalqa xidmət eliyək. Harda olmağından asılı olmayaraq, mən bu işi görməyə çalışıram."

Daha sonra haqqında çıxan xəbərlərə də toxunan F.Mustafa qeyd etdi ki, seçkiqabağı müxtəlif iddiaların səsləndirilməsi normaldır.