Bakının bu rayonunda su olmayacaq

bakinin-bu-rayonunda-su-olmayacaq-1721053008
|
|

  Bu gün ərzində Bakının 8 noyabr prospektində yeni çəkilmiş magistral su kəmərinin şəbəkəyə qoşulması ilə əlaqədar Xətai rayonunun bir hissəsinə (Nargilə dairəsindən Naxçıvanski dairəsinədək) içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Bu barədə Referans.az-a  Dövlət Su Ehtiyyatları Agentliyi yanında İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirilib.

Məlumata görə, yaxın saatlarda quraşdırma işləri yekunlaşacaq və suyun verilməsinə başlanılacaq.

Qurum bununla əlaqədar abonentlərdən üzr istəyir.