Zəngəzur yolu ilə bağlı YENİ XƏBƏR VAR: Çox qısa müddətdə yolun istismarı mümkün ola bilər, əgər...

zengezur-yolu-ile-bagli-yeni-xeber-var-cox-qisa-bir-muddetde-yolun-istismari-mumkundur-ola-biler-eger-1721133373
|
|

Ermənistan və Azərbaycan arasında çərçivə sazişinin imzalanması noyabr ayına baş tutması gözlənilir. Mühüm məsələlərdən biri olan Zəngəzur yolu da məhz bundan sonra açıla bilər.


Yaxın müddətdə Zəngəzur yolunun açılması ilə bağlı razılıq mümkün ola bilər? Razılıq mümkün olarsa dəhlizin tam istifadəyə verilməsi nə qədər müddətə baş tuta bilər?


Orta Doğu Araşdırmaları Mərkəzinin rəhbəri, siyasi şərhçi Sədrəddin Soltan Referans.az-a açıqlamasında bu barədə danışıb.




“Zəngəzur yolunun açılması ilə bağlı proses durğunluq vəziyyətində və danışıqlar mərhələsindədir. Azərbaycan tərəfi, Türkiyə regionla bağlı bütün danışıqlarda bu məsələni gündəmə gətirir və onun açılmasının Cənubi Qafqaz və beynəlxalq miqyasda əhəmiyyətini bildirirlər. Ermənistan tərəfi isə məsələyə konkret yanaşmaqdan imtina edir. Bu yolun açılması ilə bağlı 2020-ci ildə imzalanmış atəşkəs haqqında bəyanatın 9-cu müddəasını yerinə yetirmir”.


Sədrəddin Soltan düşünür ki, Zəngəzur yolunun açılması belə tezliklə baş tutmayacaq. Səbəb isə bu yolun açılmasının daha çox Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanmasından və iki ölkə arasında münasibətlərin normallaşması prosesinin gedişatından asılıdır.


“Əgər bu layihə reallaşarsa, çox qısa bir müddətdə yolun istifadəyə verilməsi və istismarı mümkündür”.

 

Fidan Vəlisoy