Meksikada güclü ZƏLZƏLƏ
26.07.2024
-
20:23
|
|
Meksika sahillərində 5,4 bal gücündə zəlzələ qeydə alınıb.
Referans.az lenta.ru-ya istinadən xəbər verir ki, bu barədə Milli Seysmoloji Xidmət (SSN) məlumat yayıb.
Zəlzələ yerli vaxtla saat 08:28-də qeydə alınıb. Zəlzələnin episentri Syudad Akuna şəhərindən (Koahuila ştatı) 384 kilometr şimalda yerləşib. Zəlzələnin mənbəyi on kilometr dərinlikdə olub. Ölənlər barədə məlumat verilməyib.