Vəfat edən jurnalistlə bağlı TƏSİRLİ FAKT 

vefat-eden-jurnalistle-bagli-tesirli-faktnbsp-1722194743
|
|

  Xəbər verdiyimiz kimi, hərbi jurnalist Ədil Arifoğlu 56 yaşında vəfat edib.

Referans.az musavat.com-a istinadən xəbər verir ki, yayılan məlumata görə, 2 gün əvvəl tanınmış jurnalist çalışdığı redaksiyaya rəhbər təyin olunubmuş.
Qeyd edək ki, Ədil Arifoğlu 1968-ci il İmişli rayonunda doğulub. Tədqiqatçı jurnalist AzTV-nin hərbi vətənpərvərlik redaksiyasının baş rejissoru, hərbi reportyor və Birinci və İkinci Qarabağ Müharibəsinin hərbi jurnalist kimi iştirakçısı olub.

Bu gün vəfat edən hərbi jurnalist sabah İmişli rayonunda dəfn olunacaq.