Sabah çimərliklərdə hava necə olacaq? 

sabah-cimerliklerde-hava-nece-olacaqnbsp-1723299618
|
|

  Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb.

Referans.az Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, avqustun 11-də mülayim şimal-qərb küləyi arabir güclənəcək.

Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 25-26° isti olacaq.

Cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) isə 26-27° isti gözlənilir.