Kurban Berdiyev "Sumqayıt" üzərində qələbəni belə şərh etdi

kurban-berdiyev-sumqayit-uzerinde-qelebeni-bele-serh-etdi-1723405291
|
|
Misli Premyer Liqasının 2-ci turunda evdə "Sumqayıt" ilə qarşılaşan "Turan Tovuz"un baş məşqçisi Kurban Berdıyev oyunla bağlı fikirlərini bölüşüb.

Fanat.Az xəbər verir ki, o, 1:0 qalib gəldikləri görüşdən sonra baş tutan mətbuat konfransında belə danışıb:

"İki fərqli hissədən ibarət oyun oldu. İlk yarıda daha effektli oynadıq.

Hesabı qorumaq düşüncəsi oyunumuza təsir etdi və arxaya çəkildik. "Sumqayıt"ın da haqqını vermək lazımdır, bunu fasilədən sonra göstərdilər.

Düzdür, qələbədən sonra zövq alırsan. Amma ilk hissədəki oyunu axıra qədər davam etdirsəydik, daha çox zövq alardım.

Tovuz azarkeşləri məni yaxşı mənada təəccübləndirdilər. Əla atmosfer yaratmışdılar. Deməli, başa düşürlər ki, uğurlu nəticələr üçün dəstək çox vacibdir.

Doğrudur, Otto Con çox çalışsa da, realizə aşağıdır. Amma mən ona inanıram və tədricən qolları sıralayacağını düşünürəm".