Ermənistanda GÜCLÜ ZƏLZƏLƏ OLDU

ermenistanda-guclu-zelzele-oldu-1723440692
|
|

Yerli vaxtla saat 02:02-də (Bakı vaxtı ilə eyni saatda) Ermənistan Daxili İşlər Nazirliyinin Ərazi Seysmik Müdafiə xidmətinin Seysmoloji şəbəkəsi 4,2 maqnitudalı zəlzələ qeydə alıb.

Referans.az axar.az-a istinadən xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.

Zəlzələ ocağı 10 kilometr dərinlikdə yerləşib.

Episentrdə yeraltı təkanların gücü 5-6 maqnituda təşkil edib.

Yeraltı təkanlar Qeqarkunik vilayətində 5, Kotayk vilayətində 4 maqnituda, İrəvan şəhərində isə 2-3 maqnitudada hiss olunub.

Dağıntı və ya tələfat barədə məlumat verilmir.