Cəlilabadda motosikletçi yol qəzasında xəsarət alıb - FOTO 

celilabadda-motosikletci-yol-qezasinda-xesaret-alib-fotonbsp-1723997768
|
|

  Cəlilabad rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Referans.az report-a istinadən xəbər verir ki, hadisə rayonun Uzuntəpə kəndi ərazisində qeydə alınıb.

Belə ki, rayon sakini, 1995-ci il təvəllüdlü Yusif Mustafayevin idarəetdiyi motosiklet "VAZ 21099" markalı minik avtomobili ilə toqquşub.

Motosikletçi müxtəlif bədən xəsarətləri ilə rayon xəstəxanasına gətirilib.

Faktla bağlı araşdırma aparılır.