Müğənni Hiss geyimi ilə DİQQƏT ÇƏKDİ - FOTO

mugenni-hiss-geyimi-ile-diqqet-cekdi-foto-1725284741
|
|

Gənclərin sevimli müğənnisi Hiss geyimi ilə diqqət çəkib.

Referans.az xəbər verir ki, ifaçı Dənizkənarı Milli Parkda təşkil olunan xalq konsertində çıxış edib. Səhnədə "Lay-lay" və "İstəmirəm" kimi hitlərini səsləndirən Hiss izləyicilərlə söhbətləri ilə də diqqət çəkib. Hər bir çıxışında fanatlarının ona olan isti münasibəti qarşısında sənətçi də eyni səmimiyyətlə qarşılıq verməyə çalışıb.

Hiss müxtəlif cins parçalardan hazırlanmış libası ilə izləyicilərin də marağına səbəb olub. Qısa müddət ərzində ərsəyə gələn geyimin müəllifi isə Türkiyədə yaşayan həmyerlimiz Ləman Süleymandır.