Bakıda nə baş verir? - 3-4 gün davam edəcək: Bu şəxslər təhlükədədir!

bakida-ne-bas-verir-3-4-gun-davam-edecek-bu-sexsler-tehlukededir-1725299929
|
|
Xəbər verdiyimiz kimi, paytaxt ərazisində tozlu hava müşahidə olunur. Həmin durumun 3-4 gün davam edəcəyi bildirilib.

Bəs bu hava hansı insanlara daha çox təsir göstərir və kimlər üçün təhlükə riski var?

Referans.az xəbər verir ki, allerqoloq Şahvələd Məmmədov “Yeni Sabah”a açıqlamasında hansı şəxslərin risk qrupuna daxil olduğunu qeyd edib:

“Havada qatı toz dumanının olması həm keçən il, həm də ondan əvvəlki illərdə müşahidə olunub. Belə havada tozdan qorunmaq lazımdır. Xüsusilə, tənəffüs yolları xəstəlikləri olan insanlar üçün bu cür hava şəraiti təhlükəli sayılır. Onlar tibbi maskalardan istifadə etməlidirlər. Metohəssas insanlara da tozlu hava şəraiti pis təsir edir.
Bununla yanaşı, hipertoniklər və ürək və ağciyər xəstəliklərindən əziyyət çəkənlər də son dərəcə ehtiyatlı olmalıdırlar”.

Allerqoloq vətəndaşlara tibbi maskadan istifadə etməyi məsləhət görüb:

“Virusdan necə qorunuruqsa, belə havalarda da həminki qaydada tibbi maskalardan istifadə edərək, sağlamlığımızın qayğısına qalmalıyıq. Ağırlaşma müşahidə olunduğu təqdirdə həkimə müraciət olunması tövsiyə edilir”.