Gəncin düşdüyü “kanalizasiya quyusu” ilə bağlı RƏSMİ AÇIQLAMA

gencin-dusduyu-kanalizasiya-quyusu-ile-bagli-resmi-aciqlama-1725444883
|
|

Bəzi media orqanlarında Masallı rayonundan Bakıya istirahətə gələn gəncin kanalizasiya quyusuna düşərək xəsarət aldığı ilə bağlı dəqiqləşdirilməmiş və yanlış məlumat yayılıb.

“Hadisə 3 sentyabr günorta saatlarında Azərbaycan prospekti 57 A ünvanında baş verib. Zərərçəkənin sözlərinə görə, kanalizasiya quyusunun qapağı olsa da, qırıq olub. Daha sonra həmin qapağın üstündən keçərkən içinə düşüb. Nəticədə müxtəlif bədən xəsarətləri alıb”, - məlumatda qeyd olunur.

Referans.az xəbər verir ki, İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin Mətbuat xidməti bu məlumatın həqiqətə nə qədər uyğun olduğuna aydınlıq gətirib:

Azərbaycan prospekti 57 A ünvanı Yasamal rayonu ərazisində yerləşir. Rayon sukanal idarəsinin əməkdaşları hadisə yerindən videoməlumat hazırlayıblar. Məlum olub ki, “kanalizasiya quyusu” kimi təqdim olunan quyu kabel-kanal quyusudur, İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin fəaliyyət sferasına aid deyil, hadisənin Xidmətlə heç bir əlaqəsi yoxdur.