Bakıda bu ərazilərdə parkinq PULSUZDUR - FOTO 

bakida-bu-erazilerde-parkinq-pulsuzdur-fotonbsp-1725451633
|
|

ADY-nin Bakı-Pirşağı-Sumqayıt xətti boyunca yerləşən stansiya və vağzallara aid avtodayanacaqlar sərnişinlərin istifadəsi üçün açıqdır.

 

Referans.az xəbər verir ki, bu barədə ADY-dən məlumat verilib.


Bildirilib ki, şəhər mobilliyinin dəstəklənməsi və sərnişinlərin rahatlığının təmin edilməsi üçün Keşlə, Bakıxanov, Zabrat 1, Zabrat 2, Məmmədli, Pirşağı və Novxanı dəmiryol dayanacaqlarından istifadə qatarların hərəkət saatları (06:00-00:00) ərzində ödənişsizdir.