Keçmiş prezidentin qızı kralın 16-cı arvadı olacaq - FOTOlar
Nomçebo Zuma çoxarvadlı ailədə doğulub böyüyüb. Atasının dörd arvadı və iyirmidən çox uşağı olub. Ceykob Zuma 2009-2018-ci illərdə Cənubi Afrika Respublikasının prezidenti olub.
Referans.az lent.az-a istinadən xəbər verir ki, Cənubi Afrika Respublikasının keçmiş prezidenti Ceykob Zumanın qızı Esvatini kralı III Msvati ilə evlənir.
Cənubi Afrikanın keçmiş prezidentinin qızı, 21 yaşlı Nomçebo Zuma ənənəvi qamış rəqsi mərasimindən sonra Esvatininin 56 yaşlı kralı III Msvatinin arvadı olub.
Çoxsaylı evlilikləri ilə tanınan kral Nomçebonu "kral gəlini" seçib. Gələcək həyat yoldaşları arasında yaş fərqi 35 ildir, lakin ölkə nümayəndələrinin fikrincə, onların evliliyi siyasi maraqlara deyil, sevgiyə əsaslanır.
Nksumalo BBC-nin "Newsday" proqramına deyib: "Məhəbbətin yaşı görmək və ya saymaq üçün gözü yoxdur. Sevgi iki insan arasındadır. Bu, 100 yaşında olan insanla konstitusiyanın icazə verdiyi orta yaşdan yuxarı olan insan arasında ola bilər".
Bu, 56 yaşlı kralın özündən xeyli gənc qadınla evlənməsi ilk dəfə deyil. Monarx hazırda 11 həyat yoldaşı ilə çoxarvadlı nikahdadır və ümumilikdə 15 dəfə evlənib. Onun 13-cü seçimi 17 yaşlı Findile Nkambuli olub.
2001-ci ildə Msvati ölkədə yetkinlik yaşına çatmayan qızların cinsi əlaqəyə girə bilməyəcəyi bir qayda tətbiq edib. Lakin bir neçə gün sonra Esvatini özü bunu pozub.