Zelenski yeni nazirlərə VAXT VERDİ - "Konkret tapşırıq var"

zelenski-yeni-nazirlere-vaxt-verdi-konkret-tapsiriq-var-1725564688
|
|

"Yeni nazirlər payız dövründə konkret nəticələr göstərməlidir".

Referans.az publika.az-a istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Nazirlər Kabinetində kadr dəyişikliyindən sonra bildirib.

O vurğulayıb ki, yeni vəzifədə olan hər kəs payız dövründə müəyyən nəticələr göstərməlidir.

Zelenski əlavə edib ki, onlarla konkret tapşırıq var, məsələn, Qərb tərəfdaşlarından Ukraynaya silah tədarükünü artırmaq.

O qeyd edib ki, bu gün dövlət qurumlarından bütün səviyyələrdə mümkün qədər fəal işləmək tələb olunur.