AMEA-nın binasında ÖLÜM

amea-nin-binasinda-olum-1725632161
|
|

  Azərbaycan Milli Elmlər Akademiyasının inzibati binasında ölüm hadisəsi baş verib.

Referans.az qafqazinfo-ya istinadən xəbər verir ki, sentyabrın 5-də saat 12 radələrində H.Cavid prospekti, 23-də yerləşən binada akademiyanın əməkdaşı 1964-cü il təvəllüdlü Nəsir Köçəri oğlu Nəsirov dünyasını dəyişib.

Bildirilib ki, N.Nəsirov qurumun təsərrüfat şöbəsində bağban kimi çalışırmış.

Onun infarktdan öldüyü qeyd edilib.

Faktla bağlı araşdırmalar aparılır.